×
A
A
A
Sazlamalar

Abşeron rayonunda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi və satışı üçün yerlər ayrılıb

Xırdalan, 1 iyul, Ə.Rzayeva, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar olaraq Abşeron rayonunda 4 heyvan kəsimi məntəqəsi, 2 yerdə isə diri heyvan satışı xidməti üçün yerlər ayrılıb.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proseslərin bəzi hallarda kəsim üçün nəzərdə tutulmayan yerlərdə baş verdiyi müşahidə edilir və bu da təhlükəli xəstəliklərin yayılmasına münbit şərait yaratmaqla yanaşı, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq, 9-10 iyul tarixlərində keçiriləcək Qurban bayramı günlərində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heyvanların antisanitar şəraitdə kütləvi kəsiminin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq, baş verə biləcək zoonoz xəstəliklərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilib. Rayon ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyeniya tələblərinə cavab verən, müvafiq qurumlarla razılaşdırılmış, bütün logistik şəraitə malik olan heyvan kəsimi məntəqələri yaradılıb.
Rayon ərazisində aşağıda göstərilən 4 heyvan kəsimi məntəqəsi və 2 yerdə diri heyvan satış xidməti yerləri ayrılıb:

Heyvan kəsim xidməti ünvanları
1. Xırdalan şəhəri, Quşculuq massivi 180/90 - "Səhliyalı" kiçik müəssisəsi;
2. Xırdalan şəhəri, Səttar Bəhlulzadə Məstiyev Nicat Şəmsi;
3. Xırdalan şəhəri, H.Əliyev küçə 58 - "AZ MEATCO";
4. Aşağı Güzdək qəsəbəsi "Canət" MMC.

Diri heyvan satışı xidməti ünvanları

1. Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 13-cu km-liyi;
2. Saray qəsəbəsi, Bakı dairəvi yolun qəsəbə ərazisindən keçən hissəsi.

Regionlar 2022-07-01 10:48:00