Çətənə bitkiləri yetişdirən Şabran sakini saxlanıldı
Şabran, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun marixuananı əmisi Məcid Əliyevin evindən götürməsi müəyyən olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Ağcabədi gəncləri “Qayınana” filmindən səhnəciklər hazırlayıblar
Şamaxıda Vətən müharibəsi şəhidinin ordeni atasına təqdim olunub
Lənkəranda meşə qoynunda şəfa qaynağı VİDEO