×
A
A
A
Sazlamalar

Nazir müavini Biləsuvar rayonunda vətəndaşların müraciətini dinləyib

Bakı, 1 iyul, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Biləsuvar rayonunda həmin rayonun sakinlərini qəbul edərək müraciətlərini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə məlumatlandırma aparılıb.

 

Sosial 2022-07-01 10:38:00