×
A
A
A
Sazlamalar

“Mərasim folkloru məsələləri” kitabı çap olunub

Bakı, 1 iyul, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin hazırladığı “Mərasim folkloru məsələləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda mərasim folkloruna aid araşdırmalar təqdim olunub. Şöbə əməkdaşlarının məqalələrindən ibarət olan 218 səhifəlik kitabda mərasim folklorunun müxtəlif problemləri tədqiq edilib.
Tədqiqatdan humanitar elm sahəsinin mütəxəssisləri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər.
Kitabın redaktoru Ağaverdi Xəlil, tərtibçisi Sürəyya Əlizadə, rəyçiləri Vəfa İbrahim və Atif İslamzadədir.

Elm və təhsil 2022-07-01 10:31:00