×
A
A
A
Sazlamalar

“Neftçi” klubu Belçika çempionatının qalibi ilə ikiillik müqavilə imzalayıb

Bakı, 1 iyul, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayeflə 2 il müddətinə müqavilə imzalanıb. İyirmi səkkiz yaşlı sol cinah yarımmüdafiəçisi komandanın heyətində 5 nömrəli formanı geyinəcək.
Futbolçu İsrailin “Bney Saxnin”, “Hapoel Hayfa”, “İroni Kryat Şmona”, “Hapoel Ramat Ha Şaron”, “Aşdod”, Belçikanın “Gent”, “Anderlext”, ABŞ-ın “Sinsinnati” və Polşanın “Lexiya” klublarında çıxış edib.
Yarımmüdafiəçi 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokunun qalibi olub. İsrailin aşağı yaş qruplarından ibarət yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.

 

 

 

İdman 2022-07-01 10:27:00