Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb
Kiyev, 1 iyul, AZƏRTAC
İyulun 1-nə keçən gecə Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib. Raketlərdən biri doqquz mərtəbəli binaya düşüb, on nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk Telegram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb.
Xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya artıq tibbi yardım göstərilib. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlər var, onların sayı dəqiqləşdirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır