×
A
A
A
Sazlamalar

Yaponiya ilə ABŞ birgə təlimlər keçirib

Tokio, 1 iyul, AZƏRTAC
İyunun 29-da Yaponiya özünümüdafiə qüvvələri ilə ABŞ hərbçiləri birgə təlimlər keçiriblər. Təlimlər hərbi təyyarələrin iştirakı ilə Yapon və Şərqi Çin dənizləri üzərində baş tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin saytında iyulun 1-də yerləşdirilən məlumatda qeyd edilir. Bildirilir ki, təlimlərdə Yaponiya tərəfdən səkkiz F-15 və dörd F-2 qırıcısı, ABŞ tərəfdən isə iki B-1 strateji bombardmançı təyyarəsi iştirak edib.
Qeyd edilir ki, təlimlərin məqsədi Yaponiya-ABŞ hərbi alyansını daha da gücləndirməkdir.
Kyodo agentliyinin yaydığı məlumatda isə bu təlimlər ABŞ və Yaponiyanın son vaxtlar regionda artan hərbi fəallığa reaksiyası kimi təqdim edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-07-01 08:31:00