“İri gözlər”in müəllifi vəfat edib
Bakı, 1 iyul, AZƏRTAC
Məşhur amerikalı rəssamı Marqaret Kin vəfat edib.
AZƏRTAC xəbər verir ki, rəssam 94 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Marqaretin həyat yoldaşı Uolter Kin uzun müddət onun əsərlərini öz adından təqdim edib. Məlum olub ki, həyat yoldaşı Marqareti gündə 16 saat işlədib. Hətta evdə olmayanda da ona zəng edərək təzyiq göstərib. Rəssam daha sonra ərindən boşanaraq 1986-cı ildə onu məhkəməyə verib. O, bununla rəsmlərin əsl sahibinin özü olduğunu sübut edib.
Rejissor Tim Börton 2014-cü ildə “İri gözlər” bioqrafiya filmində Marqaretin həyat hekayəsini canlandırıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir