×
A
A
A
Sazlamalar

İran mətbuatı Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısını diqqətdə saxlayıb

Tehran, 1 iyul, AZƏRTAC
İran mətbuatı Xəzəryanı ölkələrin dövlət başçılarının iyunun 29-da Aşqabadda keçirilən VI Zirvə Toplantısını diqqətdə saxlayıb.
AZƏRTAC xəbər verir ki, İranın İRNA, “Mehr”, “Fars” və digər nüfuzlu saytları Zirvə görüşü çərçivəsində prezidentlərin ikitərəfli görüşlərinə xüsusi maraq göstərib.
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşlərinə diqqət çəkən mətbuat yazır: “Bu görüş dövlətlərarası münasibətlərin inkişafda olduğunu göstərir. Prezidentlərin birinci görüşü də Aşqabadda baş tutub. İran və Azərbaycan Prezidentlərinin ötən ilin noyabrında Türkmənistanın paytaxtında keçirilən görüşündə iki dövlət arasında qaz tranziti haqqında Saziş imzalandı. Bu saziş hər iki dövlətin maraqlarını əks etdirir. Türkmənistanın 1,5 milyard kubmetr qazı İrandan tranzit olaraq Azərbaycana ixrac edilir”.
Mətbuat qeyd edir ki, İran ilə Azərbaycan arasındakı iqtisadi sahədə əməkdaşlıq əlaqələri tərəflər üçün faydalıdır. İran və Azərbaycan arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Siyasət 2022-07-01 01:29:00