Sevimli “Minyonlar” nümayiş olunacaq
Bakı, 1 iyul, AZƏRTAC
“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində iyunun 30-dan etibarən hər kəsin sevdiyi “Minyonlar 2” kimi tanınan, Amerikan animasiya komediyasının - “Minyonlar: Qrüvitasiya”nın nümayişi başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu, “Mən yaramazam” (2010) cizgi filmində tamaşaçıların qarşılaşdıqları kiçik sarı canlılar haqqında “Minyonlar” (2014) filminin davamıdır.
Rejissor Kayla Balda, Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.
Filmin dünya premyerası iyunun 13-də “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutub.
Qeyd edək ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.
Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub