×
A
A
A
Sazlamalar

Çimərlik güləşçilərimiz dünya seriyasının üçüncü mərhələsində iştirak edəcəklər

Bakı, 30 iyun, AZƏRTAC
İyulun 1-də Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsinə start veriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarış iki gün davam edəcək. Bu mərhələdə də ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcəklər.
Qeyd edək ki, iyulun 1-də qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Ertəsi gün isə qrupun son turu ilə yanaşı, yarımfinal və final qarşılaşmaları baş tutacaq.

İdman 2022-06-30 22:39:00