×
A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçı oğlanlar və qızlar arasında üzgüçülük üzrə seçmə yarışlar keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Şağan Olimpiya İdman Kompleksində xüsusi olimpiyaçı oğlanlar və qızlar arasında üzgüçülük üzrə seçmə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış xüsusi Olimpiya proqramına uyğun 25 və 50 metr məsafələrə sərbəst və arxasıüstə olmaqla müxtəlif divizionlarda təşkil edilib. Turnirin yekununda 4 qızıl, 3 gümüş medal qazanan Qaradağ rayonu E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi birinci yeri tutub. İkinci yerdə Mərkəzi bölmə (2 qızıl medal), üçüncü yerdə isə Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbi (1 qızıl, 1 gümüş medal) qərarlaşıblar.
Qeyd edək ki, yığma komanda ən çox medal qazanmış komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyunundaAlmaniyada keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

İdman 2022-06-30 19:01:00