×
A
A
A
Sazlamalar

Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisi təşkil oluna bilər

Bakı, 30 iyun, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (ICDT) nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentlikləri tərəfindən AZPROMO-nun təcrübəsinin öyrənilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2022-06-30 18:53:00