×
A
A
A
Sazlamalar

Gəncədə ət satışı məntəqəsində nöqsanlar aşkar edilib

Bakı, 30 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Gəncə şəhəri, Z. Əliyeva küçəsində fiziki şəxs Mehdiyev Ramin Hüseyn oğluna məxsus ət satışı məntəqəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib. Belə ki, ət satışı sahəsinin müvafiq yuyucu vasitələrlə mütəmadi olaraq təmizlənib dezinfeksiya olunmadığı, satıcının xüsusi sanitar geyimdən istifadə etmədiyi, həmçinin tibbi müayinədən keçmədiyi məlum olub.
Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Sosial 2022-06-30 17:34:00