Meksikada yerli qəzetin müxbiri güllələnib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 29-da Meksikanın Tamaulipas ştatının administrativ mərkəzi Syudad-Viktoriya şəhərində “Expreso” qəzetinin jurnalisti güllələnib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Antonio de la Kruz öz evində qətlə yetirilib. Hücum zamanı yaralanan jurnalistin qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluq jurnalistə atəş açılan silahın yalnız hərbçilər tərəfindən istifadə edilən tapança olduğunu bildirib. Qətlin mütəşəkkil cinayətkar qruplaşmalardan biri tərəfindən törədildiyi istisna edilmir.
Tamaulipas narkotik vasitələrin ticarəti ilə məşğul olan kartellərin qaçaqmalçılıq marşrutları üzərində şiddətli mübarizə apardığı ştatlardan biridir. Cinayətkarlıq və korrupsiya haqqında məlumat toplayan yerli jurnalistlərin həyatı xüsusilə risk altında olur.
Antonio de la Kruz ilin əvvəlindən bu yana Meksikada qətlə yetirilən sayca doqquzuncu media işçisidir. 2018-ci ildə isə eyni qəzetin digər jurnalisti Hektor Qonzales də naməlum şəxslər tərəfindən öldürülmüşdü.
Portuqaliya ekstremal quraqlıqdan əziyyət çəkir
Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib
Ermənistanda baş vermiş partlayış zamanı yaralananların sayı 57 nəfərə çatıb
Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsini məhdudlaşdırmaq istəyir
Monteneqrodakı silahlı hücumda həlak olanların xatirəsi yad edilib