×
A
A
A
Sazlamalar

Beş ayda dəniz nəqliyyatı ilə 285 min ton yük daşınıb

Bakı, 30 iyun, AZƏRTAC

Yanvar-may aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 285 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 379,9 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan 24,7 min ton yükün dəyəri 21,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 260,3 min tondan çox, dəyəri isə 358,4 milyon dollar olub.

 

Nəqliyyat 2022-06-30 14:10:00