×
A
A
A
Sazlamalar

Ukraynadakı müharibə Fransada raket ehtiyatları məsələsini gündəmə gətirib

Paris, 30 iyun, AZƏRTAC

Ukraynadakı müharibə Avropa ölkələrini müdafiə sistemlərinə yenidən baxmağa sövq edib.
AZƏRTAC xəbər verir ki, Fransa da müdafiə sisteminə yenidən nəzər salıb və onun zəif olduğunu aşkarlayıb. Sözügedən müharibə Fransada hərbi raket ehtiyatları məsələsini gündəmə gətirib. Fransada müharibə vəziyyəti olduğu təqdirdə ölkə hərbi raketlərin çatışmazlığı ilə üzləşə bilər.
Fransanın istehsal etdiyi hərbi raketlər əsasən İtaliya, İsveç, Səudiyyə Ərəbistanına satılır. Hərbi raketlərin 75 faizi ixrac edilir.
Son dərəcə yüksək səviyyədə mühafizə olunan və təhlükəsiz Solony regionunda “Mistral” raketləri istehsal olunur. “Təxminən 7 kilo hərbi partlayıcı daşıyıcısı olan bu raketdən 600-700 arası istehsal olunur və ən kiçik qəzanın qarşısının alınması üçün bu raketlər zavodun yaxınlığındakı anqarlarda saxlanılır”,-deyə zavodun direktoru bildirib.
Həmçinin, böyük effektivliyə malik artilleriyaya topu “Ceasar” (Sezar) istehsal edən zavodun da imkanlarının məhdud olduğu bildirilir. Burjda (Bourges) yerləşən “Sezar” topunu istehsal edən zavodun direktoru Loran Monzoj bu topdan ildə 100-ə yaxın top istehsal edildiyini bildirərək, bu topların hamısının Fransa ordusu üçün nəzərdə tutulmadığını deyib. Qeyd edib ki, qarşıdan gələn illər üçün Fransa 39 “Sezar” topu sifariş edib. Ancaq Belçika, Danimarka, Çex Respublikası da bu topdan sifariş verdiyini bildirib. O, Ukraynaya 12 ədəd “Sezar” topu verdikdən sonra bu gün Fransa ordusunun cəmi 64 “Sezar” topu olduğunu deyib. Bu topların biri 5 milyon avroya satılır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2022-06-30 13:59:00