×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib

Bakı, 30 iyun, AZƏRTAC

“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib.
AZƏRTAC klubun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.
Komanda adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.
Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda ikinci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.

İdman 2022-06-30 13:53:00