×
A
A
A
Sazlamalar

İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq

Bakı, 30 iyun, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib. T.Rəcəbov ötən turlarda 4,5 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

İdman 2022-06-30 13:45:00