×
A
A
A
Sazlamalar

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

Ucar, 30 iyun, AZƏRTAC
Ucarda aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs rayonun Çiyni kənd sakini Abid Mahmudovdur. Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana baxış keçirilib və evin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Polis Şöbəsində cinayət işi açılıb, A.Mahmudov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Regionlar 2022-06-30 13:36:00