Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstanın ədəbiyyat jurnalında
Bakı, 30 iyun, AZƏRTAC
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron jurnalı müntəzəm olaraq səhifələrində Edqar Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Əməkdar artist Azad Şükürovla görüş təşkil olunub
“Warner Bros.” şirkəti film layihələrinin bağlanması nəticəsində yüz milyonlarla dollar itirib
Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
“Cindy oh Cindy” mahnısının müəllifi vəfat edib
Ceyms Franko “Alina of Cuba” filmində Fidel Kastro rolunu canlandıracaq