×
A
A
A
Sazlamalar

“Vidalaşmadan getməyin” monotamaşası yenidən səhnədə

Bakı, 30 iyun, AZƏRTAC
İyulun 2-də “M” teatrında “Vidalaşmadan getməyin” adlı monotamaşanın yenidən nümayişi olacaq.
AZƏRTAC xəbər verir ki, monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.
Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır, eləcə də səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət 2022-06-30 13:24:00