×
A
A
A
Sazlamalar

Cəlilabadda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da saat 13 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri E.Qasımovun idarə etdiyi “Hyundai” və R.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə R.Əliyevin sərnişini Dünyamalı Məmmədov hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

Cəmiyyət 2022-06-30 13:10:00