×
A
A
A
Sazlamalar

Türkiyədə meymunçiçəyi xəstəliyi aşkarlanıb

İstanbul, 30 iyun, AZƏRTAC

Türkiyədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahretin Koca özünün rəsmi tviter səhifəsində açıqlama verib.
İmmun sistemi çatışmazlığı olan xəstənin təcrid edildiyini vurğulayan nazir hazırda bu şəxsin təmasda olduğu insanların araşdırıldığını, başqa bir yoluxma halının aşkarlanmadığını bildirib.
Nazir bu xəstəliyin tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçdiyini xatırladıb.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Dünya 2022-06-30 12:36:00