×
A
A
A
Sazlamalar

Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 30 iyun, AZƏRTAC

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Tağıyevə məxsus çay evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Tağıyev saxlanılıb.
Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-06-30 12:27:00