Avtomobil qəzası nəticəsində ağır yaralanan məktəbli sağlamlığına qovuşub
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 12-də Bakı-Şamaxı yolunda avtomobil qəzası nəticəsində ağır yaralanan VI sinif şagirdi Elnur Qasımov sağlamlığına qovuşub.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, E.Qasımov bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı və kəllə-beyin travması diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicəyə cəlb edilmişdir. Aldığı travma səbəbindən onun müalicəsi üçün TƏBİB-in digər tabeli müəssisəsi olan Uşaq Nevroloji Xəstəxanasından həkim-mütəxəssislə konsilium aparılaraq əməliyyatına qərar verilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımovun nəzarəti altında həkim-travmatoloq Elşən Məhərrəmov tərəfindən icra edilən əməliyyat uğurla nəticələnib.
16 gündür müalicə alan E.Qasımov bu gün xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb.
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb
Aşura günü ilə bağlı qanvermə aksiyasında 1 893 nəfər iştirak edib
Donorluğun həyat üçün çox böyük əhəmiyyəti var
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 121 yoluxma faktı qeydə alınıb