Beynəlxalq qrosmeyster Günay Məmmədzadə Polşada şahmat festivalında liderliyini davam etdirir
Bakı, 30 iyun, AZƏRTAC
Polşada VII şahmat festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir. Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaga (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa, Joanna Majdan (Polşa) birincilik uğurunda mübarizə aparırlar.
Beş turdan sonra aktivində dörd xalı olan şahmatçımız turnir cədvəlində liderdir.
Qeyd edək ki, yarış iyulun 3-də başa çatacaq.
UEFA Avropa Liqası: "Fənərbağça" "Austriya" komandasını məğlub edib
Artyom Dzyuba "Adana Demirspor" klubuna keçib
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib - YENİLƏNİB
Karateçilərimiz V İslam Həmrəyliyi Oyunlarında 6 medala sahib olublar
Azərbaycan karateçisi İrina Zaretska İslamiadanın ikiqat qalibi olub