×
A
A
A
Sazlamalar

Xızının mədəniyyət işçiləri şəhid ailəsini ziyarət ediblər

Sumqayıt, 30 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları Sitalçay kəndindən olan şəhid Elnur Fəxrəddin oğlu Ağaəhmədovun ailəsini ziyarət ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Elnurun döyüş yolundan söhbət açılıb, onun qəhrəmanlıqlarından bəhs edilib, ailənin problemləri dinlənilib. Sonra mədəniyyət işçiləri şəhidin məzarını ziyarət ediblər.
Azərbaycan Ordusunun kiçik giziri Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak edib, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı bazar istiqamətində qəhrəmancasına şəhid olub.
"Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Regionlar 2022-06-30 12:10:00