×
A
A
A
Sazlamalar

Sahil qəsəbəsində üç nəfərin velosipedlərini oğurlayan şəxs yaxalanıb

Bakı, 30 iyun, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Sahil qəsəbəsində üç nəfərin velosipedləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-06-30 12:01:00