Baş prokuror İmişli Rayon Prokurorluğunda vətəndaşlarla görüş keçirəcək
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev iyulun 5-də saat 10:00-da İmişli Rayon Prokurorluğunun inzibati binasında İmişli, Saatlı, Sabirabad və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb
Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
Dövlət və bələdiyyələrin yaratdığı sosial xidmət müəssisələrinin nizamnaməsi təsdiqlənib
Assosiasiya sədri V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvət edilib