TRACECA-nın Azərbaycan hissəsində 15 milyon tondan çox yük daşınıb
Bakı, 30 iyun, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 faizi avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 faizini və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib.)
® “Silk Way West Airlines” yeni internet saytında innovativ xidmətlər təqdim edir
Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb
Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib
Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk birbaşa reyslə gəliblər
Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 25,8 faiz artıb