×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti: Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik

Bakı, 30 iyun, AZƏRTAC

Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.
“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Siyasət 2022-06-30 11:23:00