×
A
A
A
Sazlamalar

Polis narkotik əkəni saxlayarkən xəsarət alıb

Bakı, 30 iyun, AZƏRTAC

Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib.
Ərazidən 50 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



 

 

Hadisə 2022-06-30 11:17:00