Respublikanın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı, 30 iyun, AZƏRTAC
İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yeddi ayda Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 13 milyon dolları ötüb
Azərbaycan ilə Türkiyə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub