×
A
A
A
Sazlamalar

Salyanda tərəvəz sahələrindən 10 min tondan çox məhsul yığılıb

Salyan, 30 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr edilib. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər cari ildə 10 min tondan çox məhsul yığıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tərəvəz bitkilərinin yığımı davam edir. Cari ildə 1402,5 hektar sahədə tərəvəz bitkiləri əkilib və onun 246,6 hektarından 10165,9 ton məhsul tədarük olunub. Yığılan məhsulun 9,4 tonunu yaşıl lobya, 698 tonunu xiyar, 8989,5 tonunu pomidor, 48 tonunu baş sarımsaq, 421,1 tonunu isə digər tərəvəzlər təşkil edib.

Kənd təsərrüfatı 2022-06-30 11:08:00