İki tondan artıq çətənə kolu məhv edilib
Bərdə, 30 iyun, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qax rayonunun Uzuntala kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 3130 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Sumqayıt bulvarında “Sağlam həyat günü”nə həsr olunan tədbir təşkil edilib
Şəkidə tələbələrin yay liderlik düşərgəsi başa çatıb
Cəbrayıl rayonunun Xanağabulaq kəndi