Ağdamda narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs saxlanılıb
Ağdam, 30 iyun, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Sumqayıt bulvarında “Sağlam həyat günü”nə həsr olunan tədbir təşkil edilib
Şəkidə tələbələrin yay liderlik düşərgəsi başa çatıb
Cəbrayıl rayonunun Xanağabulaq kəndi