×
A
A
A
Sazlamalar

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 75 cinayətin üstünü “isti izlər”lə açıblar

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 75-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

 

Hadisə 2022-06-30 10:35:00