×
A
A
A
Sazlamalar

Naxçıvanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 36,8 faiz artıb

Naxçıvan, 30 iyun, AZƏRTAC

Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 116 milyon 669 min 700 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 36,8 faiz çoxdur.
Verilmiş kreditlərin 9 milyon 675 min 800 manatı və yaxud 8,3 faizi qısamüddətli, 106 milyon 993 min 900 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olub.

 

Regionlar 2022-06-30 10:20:00