Layihə menecerləri üçün təlim kursu uğurla yekunlaşıb
Bakı, 30 iyun, AZƏRTAC
Layihə menecerləri üçün təlim kursu uğurla yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində ilk sessiya Tofiq Sadıxovun təqdimatında Masterklass və qrup işi olub.
Günün sonuna doğru isə ARGTMŞ-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə “İştirakçıların layihə ilə bağlı gözləntiləri və təkliflərin toplanması” mövzusu ətrafında interaktiv müzakirə keçirilib və bununla da layihə yekunlaşıb.
Qeyd olunub ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir.
Nazir Kəmaləddin Heydərovun iştirakı ilə əməliyyat müşavirəsi keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb
Pakistanlı sahibkar qadınlarla iqtisadi-ticarət əlaqələri müzakirə olunub