×
A
A
A
Sazlamalar

Gənclər Təşkilatları Milli Şurasının sədri "The Youth Action Week" tədbirində iştirak edir

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycandan olan nümayəndə heyəti Gənclər departamentinin 50 illiyinə həsr olunan "The Youth Action Week" tədbirində iştirak edir.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev iştirakçıdır.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, Strasburq şəhərində keçirilən tədbirin məqsədi Avropa Şurasının gənclər sektorunun 50 illik yubileyini qeyd etmək və onun gənclər üçün aktuallığını, gənclər siyasətini və Avropa Şurasının demokratiyanın və qanunun aliliyinin təşviqində missiyasını əks etdirməkdir.
Tədbirin sonunda iştirakçılar tərəfindən kampaniya çərçivəsində yerli, milli və beynəlxalq müstəvidə təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Cəmiyyət 2022-06-30 02:33:00