×
A
A
A
Sazlamalar

Göyçay rayonunda yeniyetmə suda boğulub

Göyçay, 29 iyun, AZƏRTAC

Göyçay rayonunun Bığır kəndində yeniyetmə suda boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini 16 yaşlı Əlibala Qurbanov Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub. Dostları yeniyetməni xilas etməyə çalışsalar da, nail ola bilməyiblər.
Əraziyə gələn polis əməkdaşları yeniyetmənin cəsədini sudan çıxararaq ailəsinə təhvil veriblər.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Regionlar 2022-06-29 19:58:00