×
A
A
A
Sazlamalar

Masallıda məişət zorakılığı və erkən nikaha qarşı mübarizədə təhsilin rolundan danışılıb

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı və erkən nikaha qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC komitənin saytına istinadla xəbər verir ki, Nəriman Nərimanov adına Masallı şəhərinin 2 saylı tam orta məktəbində təşkil edilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda məişət zorakılığı və erkən nikaha qarşı mübarizədə təhsilin rolundan bəhs olunub. Bu istiqamətdə görülən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib. O da vurğulanıb ki, bu kimi problemlərin qarşısının alınmasında ən gözəl vasitə elmli və savadlı cəmiyyətin olmasıdır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Cəmiyyət 2022-06-29 19:26:00