“New Media Hub” platforması çərçivəsində təlimlər davam edir
Bakı, 29 iyun, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "New Media Hub" platforması çərçivəsində təlimlər davam edir.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, növbəti təlim “Bizim media” informasiya portalının baş redaktoru Anar Tahirov tərəfindən keçirilib.
Təlim zamanı Anar Tahirov "Yeni media jurnalistikası" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.
Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.
Qeyd edək ki, "New Media Hub" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilir.
Nazir müavini Gədəbəy rayonunda vətəndaşların müraciətini dinləyib
Azərbaycan və Qırğızıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcəklər
“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb
“YAŞAT” düşərgəsinin iştirakçıları “Sehrli xalat” vasitəsilə keçmişə “səyahət” etdilər
Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb