Nazir müavini Şəmkir rayonunda vətəndaşların müraciətini dinləyib
Bakı, 29 iyun, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Şəmkir rayonunda həmin rayonun sakinlərini qəbul edərək müraciətlərini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılaraq, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.
Azərbaycan və Qırğızıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcəklər
“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb
“YAŞAT” düşərgəsinin iştirakçıları “Sehrli xalat” vasitəsilə keçmişə “səyahət” etdilər
Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb
® Rəf qiymətləri kassa qiymətləri ilə niyə üst-üstə düşməyə bilər?