×
A
A
A
Sazlamalar

Layihə menecerləri üçün təlim kursu uğurla yekunlaşıb

Bakı, 29 iyun, AZƏRTAC

Layihə menecerləri üçün təlim kursu uğurla yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində ilk sessiya Tofiq Sadıxovun təqdimatında ustad dərsi və qrup işi olub.
Günün sonuna doğru isə ARGTMŞ-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə “İştirakçıların layihə ilə bağlı gözləntiləri və təkliflərin toplanması” mövzusu ətrafında interaktiv müzakirə keçirilib və bununla da layihə yekunlaşıb.
Qeyd olunub ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ARGTMŞ tərəfindən həyata keçirilir.

Sosial 2022-06-29 18:14:00