“Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə açıq turnirlər davam edir
Bakı, 29 iyun, AZƏRTAC
Nərimanov rayonunda “Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə açıq turnirlər davam edir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə (yerindən uzunluğa tullanma, topun atılması, 60 metr məsafəyə qaçış) gimnaziyanın şagirdləri arasında turnir keçirilib.
Sonda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnir iştirakçıları sertifikatlar, qaliblər isə müvafiq dərəcəli diplomlarla təltif olunublar.
Nazir Kəmaləddin Heydərovun iştirakı ilə əməliyyat müşavirəsi keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb
Pakistanlı sahibkar qadınlarla iqtisadi-ticarət əlaqələri müzakirə olunub