×
A
A
A
Sazlamalar

“Qəbələ”nin sabiq futbolçusu Fernan Lopes karyerasını Kiprdə davam etdirəcək

Bakı, 29 iyun, AZƏRTAC

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan ispaniyalı futbolçu Fernan Lopes karyerasını Kiprdə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu “Enosis” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında “Qəbələ”yə transfer olmuşdu. Təcrübəli forvard daha əvvəl 2019/2020-ci il mövsümündə də “Qəbələ"nin formasını geyinib.

İdman 2022-06-29 17:35:00