Vladanka Andreyeva: Su resurslarının çatışmazlığı probleminin həllində regional əməkdaşlıq vacib rol oynayır
Zəngilan, 29 iyun, Göyçək Mahmudlu, Azər İbrahimov, AZƏRTAC
Dünyada təxminən 2 milyarddan çox insanın təhlükəsiz su ehtiyatlarına çıxışı yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda Zəngilanda keçirilən beynəlxalq konfransda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.
O, Azərbaycanda iqlim dəyişikliyi və su ehtiyatlarının əksəriyyətinin mənbəyini qonşu ölkələrdən götürməsi səbəbindən su resurslarının çatışmazlığı probleminin mürəkkəbləşdiyini və onun həllində regional əməkdaşlığın vacib rol oynayacağını qeyd edib.
Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub
Ötən gün havanın temperaturu iqlim normasından 3.4° yuxarı olub
Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq