×
A
A
A
Sazlamalar

Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda “Young Lions Azerbaijan 2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri, təşkilatçılar, o cümlədən rəsmi nümayəndələr iştirak etdiblər. Bu mötəbər festivalda “Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlər təmsil olunub. Tədbir ərzində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların, yaradıcı sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhur şəxslərin çıxışları, panel sessiyaları baş tutub.
Qeyd edək ki, müsabiqənin yerli mərhələsində qalib olmuş 4 nəfər iştirakçı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak edib.

 

Mədəniyyət 2022-06-29 17:25:00